İdman

Yediyi hamburger başına bəla oldu - "Qalatasaray"dan göndərilir

10 Noyabr 2023 16:29
Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın fransalı yarımmüdafiəçisi Tanqi Ndombele tezliklə müqavilə ilə bağlı olduğu "Tottenhem"ə qayıda bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Super Haber" yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu ilə komandanın məşqçisi Okan Burok arasında münaqişə yaranıb. Buna səbəb baş məşqçinin qadağasına baxmayaraq, Ndombelenin hamburger yeyərkən yaxalanması olub. 

Türkiyə klubu artıq Ndombelenin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı London təmsilçiləri ilə danışıqlara başlayıb. "Qalatasaray" yanvarda yarımmüdafiəçini geri qaytarmaq istəyir.

Fransalı bu mövsüm bütün turnirlərdə 7 oyun keçirib və heç nə ilə yadda qalmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.