İdman

“Yaxşı oynayan da həmişə qazanmır” - Tahir Gözəl

10 Noyabr 2023 07:41
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandasının Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Almaniyanın "Bayer" klubuna 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, matçla bağlı təəssüratlarını bölüşüb:

"Həm sevincliyəm, həm üzgünəm. Əvvəla, hər iki komanda çox gözəl oyun göstərdi. Rəqibimiz ən yaxşı futbolçuları ilə oyuna çıxdılar. "Qarabağ"ı ən üst səviyyədə qarşıladılar. Oyunda mənə ən çox təsir edən keçən matçdakı psixoloji xəsarətin burada olmaması idi. Bunda məharəti Qurban hocada görürəm. O, oyunçulardan stressi kənarlaşdırıb. Ona görə də matçda özünəinanan və riskli oynayan "Qarabağ" var idi. Əlbəttə, axır dəqiqələrdəki qola söz tapa bilmirəm. Amma bu, oyundur, yaxşı oynayan da həmişə qazanmır. Amma hesab edirəm ki, bu axşam biz çox gözəl oynadıq. Lakin qarşı tərəf də möhtəşəm oyun nümayiş etdirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.