İdman

AFFA-dan qalmaqallı oyunla bağlı qərar - Baş məşqçiyə ağır cəza

3 Noyabr 2023 13:55
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan II Liqasının 9-cu turunda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

"Göygöl" - "Şəki Siti" oyununun 82-ci dəqiqəsində "Göygöl" klubunun baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb, "Göygöl" klubu 2000 manat cərimə edilib.

Matçın 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə "Göygöl" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, "Göygöl" klubu 500 manat cərimə edilib və "Göygöl" klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya II Liqa oyununa aiddir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.