İdman

“Qızıl top”un qalibi: “Messi mükafata layiq deyildi”

31 Oktyabr 2023 23:35
Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Messi "Qızıl top"a layiq deyildi".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Almaniya millisinin heyətində dünya və Avropa çempionu olan, 1990-cı ildə "Qızıl top"u qazanan Lotar Matteus mükafatın argentinalı futbolçu Lionel Messiyə verilməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, titul İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holanna verilməli idi: "Holann ötən mövsüm Messidən yaxşı oynadı. Mükafatın Messiyə verilməsi onu göstərir ki, dünya çempionatı "Mançester Siti"nin "trebl"indən daha dəyərlidir. Holann bir çox qol rekordlarını qırdı. Mənim üçün onun tayı-bərabəri yoxdur".

Qeyd edək ki, Lionel Messi karyerasında 8-ci dəfə "Qızıl top"a yiyələnib. Erlinq Holann isə səsvermədə ikinci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.