İdman

Messi "Qızıl Top"u qazanandan sonra söyüş söydü - VİDEO

31 Oktyabr 2023 18:32
Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"France Football" nəşrinin təqdim etdiyi "Qızıl Top" mükafatının Parisdəki təltifetmə mərasimindən sonra Leo Messinin söyüş söyməsi gündəm olub. 

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, 8-ci "Qızıl Top"u qazanan Messi mükafatı alandan sonra ispan "Twitch" yayımçısı İbai Lanos ilə onlayn görüş keçirib.
İbai Messini mükafat münasibətilə təbrik etsə də, argentinalı ulduzla arasında gərginlik yaşanıb. Leo ispan yayımçıya "Təşəkkür edirəm, amma sənə hələ də qəzəbliyəm. Ötən gün etdiyin şey xoşuma gəlmədi", deyib. 
İbainin "Qızıl Top"u qazandın, bu haqda nə düşünürsən?" sualına isə Messi qəhqəhə çəkərək, söyüşlə cavab verib: "İndi də mövzunu dəyişdirirsən, *** ".
 
Videonu təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.