İdman

Salah bu göstəricidə Anriyə çatdı

27 Oktyabr 2023 09:22
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un ulduzu Məhəmməd Salah daha bir rekorda imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, misirli Avropa Liqasında Fransanın "Tuluza"sı ilə matçın ikinci hissəsində meydana daxil olub və əlavə vaxtda qol vuraraq mersisaydlıların 5:1 hesablı qələbəsini töhfə verib.

Bu qol Salahı Avropa klub yarışlarında ingilis komandaları üçün ən çox qol vurmuş rekordçu edib.

Əvvəllər bu rekord Londonun "Arsenal" klubunun fransalı hücumçusu Tyerri Anriyə məxsus idi.

Daha öncə Salah və Anri 42 qolla birinci yeri bölüşürdülər, lakin misirlinin "Tuluza" ilə oyunda vurduğu qoldan sonra indi onun adına 43 qol var.

Xatırladaq ki, Salah 2017-ci ildə İtaliyanın "Roma" klubundan "Liverpul"a keçmişdi. 2017/2018 mövsümündə o, qolların sayına (32) görə İngiltərə Premyer Liqasında (İPL) rekord qırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.