İdman

Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarıldı

25 Oktyabr 2023 15:43
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər 5, 10, 15, 30 (VİP), 50 (VİP) və 200 (VİP) manatdır.

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və "iticket.az" satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.