İdman

"Qalatasaray" matçında Keyn eşitmə qabiliyyətini itirdi

25 Oktyabr 2023 11:41
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya"nın futbolçusu Harri Keyn "Qalatasaray" matçında azarkeşlərin səs-küyünə görə eşitmə qabiliyyətini itirdiyini bildirib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Harri Keyn UEFA Çempionlar Liqasında "Qalatasaray"la matçından sonra "Qalatasaray"ın azarkeşlərini tərifləyib. Bu stadionda oynamağın çətin olduğunu deyən hücumçu matçdan sonra eşitmə qabiliyyətinin bərpa olunduğunu vurğulayıb.

"Biz vacib qələbə qazandıq. "Qalatasaray"ın stadionunda oynamaq çox çətindir. Bu, həqiqətən əla atmosferdir. Buna görə təşəkkür edirəm. Azarkeşlərin komandaya təsiri həqiqətən yüksəkdir. İlk dəfədir ki, "Qalatasaray"ın stadionundayam və açığını desəm, matç bitdikdən sonra eşitmə qabiliyyətimi bərpa edirəm.

Qeyd edək ki, "Qalatasaray" "Bavariya" ya 1-3 hesabı ilə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.