İdman

Üstünə fişəng atılan futbolçu eşitmə qabiliyyətini İTİRDİ

23 Oktyabr 2023 21:34
Baxış: 801
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Panatinaikos" klubunun ispaniyalı yarımmüdafiəçisi Xuankara "Olimpiakos"la oyunda fişənglərə tuş gəlməsi səbəbindən daxili qulaq zədəsi və qismən eşitmə itkisi diaqnozu qoyulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, oktyabrın 22-də Pireydə baş tutan qarşılaşma ikinci hissənin əvvəlində 1:1 hesabı ilə dayandırılıb. Meydançaya daxil olmamışdan əvvəl yan xəttdə isinmə hərəkətləri edən Xuankar tribunadan atəşfəşanlığa tuş gəlib. Ona meydançada tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

Bundan sonra "Panatinaikos"un futbolçuları oyunu davam etdirməkdən imtina edərək paltardəyişmə otağına gediblər və bir saat sonra oyunun nəhayət dayandırıldığı açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.