İdman

Messi tarixi rekorda imza atıb

18 Oktyabr 2023 11:25
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina millisinin kapitanı Lionel Messi tarixi rekorda imza atıb.

Milli.Az "report"a istinadən bildirir ki, ulduz futbolçu DÇ-2026-nın seçmə mərhələsində Peru ilə səfər oyununda dubl etməklə buna nail olub.

32 və 42-ci dəqiqələrdə fərqlənən 36 yaşlı hücumçu dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələləri tarixinin bombardiri ünvanını ələ keçirib. O, qollarının sayını 31-ə çatdıraraq, uruqvaylı Luis Suaresi geridə qoyub. Suaresin hesabında 29 qol var.

Dünyada seçmə mərhələlərin ən məhsuldar oyunçusu qvatemalalı Karlos Ruisdir. Rəqib qapılarına 39 dəfə yol tapan Ruisi portuqaliyalı Kriştianu Ronaldu (38) və iranlı Əli Daei (35) izləyirlər.

Qeyd edək ki, Peru üzərində 2:0 hesablı qələbə qazanan Argentina millisi 4 turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.