İdman

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu oldu

16 Oktyabr 2023 00:08
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın çimərlik güləşçisi İbrahim Yusubov ardıcıl 2-ci dəfə dünya çempionu olub.

Milli.Az report-a istinadən xəbər verir ki, o, Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən yarışda buna nail olub.

İ.Yusubov 90 kq çəki dərəcəsində Dünya Seriyasının Final mərhələsində gümüş medal qazanıb. Seriyanın 5 mərhələsinin yekununa əsasən, hamıdan çox xal toplayan güləşçi dünya çempionu titulunu qoruyub.

Əvvəlki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb. O, bu dəfə bürünc mükafata sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.