İdman

"Qarabağ"ın qapıçısı Bundesliqa klubuna qayıdacaq?

14 Oktyabr 2023 18:24
Baxış: 1 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov oyunçunun Almaniyanın "Bayer 04" klubuna qayıtmaq ehtimalı barədə danışıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlama verib.

Smirnov Leverkuzendə Lunyovu unutmadıqlarını bildirib: "Klubun idman direktoru Simon Rolfes onun haqqında soruşur, mən qapıçının seyvlərinin bəzilərini göndərirəm. Andreyin Bundesliqaya qayıtmaq şansı varmı? Bütün təkliflər kluba təqdim edilməlidir. Onun "Qarabağ"la müqaviləsi var. İndi hansısa təklifdən danışmaq düzgün deyil".

Agent "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsində "Bayer 04" ilə üz-üzə gələcəyini xatırladıb: "Onların səfərdə necə oynayacağını görmək maraqlı olacaq. Qrup liderinə və üstəlik Lunyovun keçmiş komandasına qarşı çıxış edəcəklər. Leverkuzen klubu bu mövsüm inanılmaz nəticələr göstərir. Çoxlu qollar vurular. "Bayer 04" ilə oyun əsl sınaq olacaq".

Qeyd edək ki, 2021-ci ildən "Bayer 04"də çıxış edən Andrey Lunyov avqustda "Qarabağ"a keçib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory