İdman

İrandan Ronaldo ilə bağlı - Açıqlama

14 Oktyabr 2023 06:45
Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İspaniyadakı səfirliyi portuqaliyalı hücumçu Kriştiano Ronaldonun iranlı rəssam Fatimə Həmamini öpdüyünə görə ona qarşı fiziki cəza verilməsi ilə bağlı məlumatı şərh edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlama səfirliyin "X" sosial şəbəkə hesabında yerləşdirilib.

"Onun Fatimə Həmami ilə səmimi və insani görüşü həm xalq, həm də ölkənin idman rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və rəğbətlə qarşılanıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Asiya Çempionlar Liqasında "Persepolis"lə oyunda iştirak etmək üçün İrana səfər edən Ronaldo portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu fiziki məhdudiyyətli rəssam qızı qucaqlayıb öpüb. Daha sonra bunun İran qanunlarına zidd olduğu, Ronaldonun bu addımının zina kimi qiymətləndirildiyi və 99 şallaq cəza ala biləcəyi bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.