İdman

“Barselona”nın borcu 200 milyonu keçib

10 Oktyabr 2023 21:07
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubunun 207 milyon avro borcu var.

Milli.Az report-a istinadən xəbər verir ki, bu məbləğin böyük hissəsi 2022-ci ilin yayında edilən transferlərdən qaynaqlanır.

Kataloniya təmsilçisinin qısamüddətli borcu 89 milyon avrodur. Həmin məbləğ cari mövsümün sonuna qədər ödənilməlidir. Uzunmüddətli borcun məbləği isə 118 milyon avroya bərabərdir.

"Barselona" ən çox Rafinya, Robert Levandovski, Ferran Torres və Jül Kundenin transferləri zamanı ziyana düşüb.

Həmçinin 2019-cu ildə Niderland təmsilçisi "Ayaks"dan alınan Frenki De Yonq üçün də bu il 16 milyon avro ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.