İdman

Fatih Terimə 50 milyonluq sürpriz təklif - Razılıq verdi

9 Oktyabr 2023 10:14
Baxış: 2 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"da Şenol Günəşin istefasından sonra kluba müvəqqəti olaraq köməkçi məşqçi Burak Yılmaz rəhbərlik edir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Beşiktaş"da baş məşqçi postuna isə Fatih Terimin əsas namizəd olduğu irəli sürülür. Türkiyə mediasının məlumatına görə, kluba gələcək yeni prezident Fatih Terimə təklif irəli sürəcək. Fatih Terimin "Beşiktaş"da işləməyə razılıq verdiyi qeyd edilir. Bildirilir ki, "Beşiktaş" azarkeşləri də Fatih Terimin baş məşqçi olmasını tələb edir. İddia edilir ki, klub Fatih Terimə 50 milyon avroluq transfer büdcəsi ayırıb.

Qeyd edək ki, "Beşiktaş"ın Avropa Liqasında "Luqano"ya 2-3 hesablı məğlubiyyətindən sonra Şenol Güneş və klub rəhbərliyi istefa verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.