Türkiyənin "Fənərbağça" komandası UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda qələbə qazanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi doğma azarkeşlər önündə Danimarkanın "Norşellann" klubunu 3:1 hesabı ilə üstələyib.
Meydan sahiblərinin qollarını 24-cü dəqiqədə Migel Krespo, 30-cu dəqiqədə Mişi Batşuayi, 47-ci dəqiqədə Serdar Aziz vurub. Qonaqlarda isə Oliver Villadsen fərqlənib.
Milli.Az