İdman

Ferstappendən REKORD - Mövsümdə ardıcıl 10-cu qələbə

4 Sentyabr 2023 07:30
Baxış: 965
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Red Bull" komandasının pilotu Maks Ferstappen Formula 1 İtaliya Qran-Prisinin qalibi olub.

Milli.Az xəbər verir ki, hollandiyalı ardıcıl bir mövsümdə onuncu qələbəsini qazanıb - bu, "Formula 1" üçün rekord seriyadır.

Ferstappenin komanda yoldaşı meksikalı Serxio Peres Monzada ikinci olub. Üçüncü yeri "Ferrari"dən ispan Karlos Sayns tutub.

Hazırda mövsüm ərzində 14 yarışdan Ferstappen 12, Peres iki qələbə qazanıb.

Ferstappen hazırkı dünya çempionudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.