İdman

Polis futbol zamanı meydana girən azarkeşi vurub? - VİDEO

28 Avqust 2023 08:02
Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə polis əməkdaşının "Qarabağ" - "Kəpəz" matçından sonra meydana girən yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı məlumatlar yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlum hadisə ilə bağlı futbolçularla polislər arasında mübahisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən iddialar araşdırılıb.

Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib:

"İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.