Türkiyənin UEFA Konfrans Liqasındakı təmsilçiləri III təsnifat mərhələsində ilk oyunlarını qələbə ilə başa vurublar.
Milli.Az report-a istinadən xəbər verir ki, "Beşiktaş" Bakıda "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib. Eyni hesab İstanbulda "Fənərbağça" və Sloveniyanın "Maribor" komandaları arasında keçirilən matçda da qeydə alınıb.
"Adana Dəmirspor" isə evdə Xorvatiya "Osiyek"inə heç bir şans verməyib - 5:1.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 17-də baş tutacaq.
Milli.Az