İdman

Konfrans Liqası: “Neftçi” qələbə qazanıb növbəti mərhələyə yüksəldi - VİDEO - YENİLƏNDİ

3 Avqust 2023 23:38
Baxış: 1 144
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Neftçi" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Milli.Az xəbər verir ki, Bakı klubu II raundun cavab oyununda doğma arenada Bosniya və Herseqovinanın "Jelezniçar" komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

8-ci km stadionunda gerçəkləşən cavab oyununda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef qapıçı ilə təkbətək epizodda fərqlənərək, "Neftçi"ni önə keçirib. 68-ci dəqiqədə Eddi İsrafilov başla fərqi 2 topa çatdırıb və qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.