İdman

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

3 Avqust 2023 00:07
Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, 45 kiloqramda Turan Daşdəmirov və 60 kiloqramda Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.

92 kiloqramda mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub - 3:1.

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kiloqram) mundialı gümüş medalla başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory