İdman

Çempionlar Liqası: "Qarabağ" bu gün Polşa klubu ilə cavab matçına çıxacaq

2 Avqust 2023 08:15
Baxış: 1 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Rakuv" komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr "Aris"i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / "Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa)
Baş hakim:
Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3
Bakı Olimpiya Stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory