İdman

Ronaldo operatora əsəbləşib üstünə su atdı - VİDEO

29 İyul 2023 16:34
Baxış: 1 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Ərəb Çempionlarının Klublar Kubokunda "Əl-Şəbab"la görüşdən (0:0) sonra etdiyi hərəkətlərlə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 62-ci dəqiqədə meydana daxil olub və qapıya cəmi 1 zərbə vurub. Ronaldo "Əl Nəsr"də keçirdiyi son 5 oyunda qol vurmayıb.

Final fitindən sonra Ronaldo insident yaradıb. Kamera Kriştianonun operatorun üzərinə su sıçratdığını, operatorun onu uzun müddət lentə aldığını çəkib. Həmin vaxt hücumçu əli ilə operatora getməli olduğunu göstərib. Bundan sonra təəccüblənən işçi portuqaliyalının yanından uzaqlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.