İdman

İLK DƏFƏ: Dünya çempionatında hicablı futbolçu

24 İyul 2023 21:09
Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlar arasında dünya çempionatının oyununa ilk dəfə hicablı futbolçu görünüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib.

Mərakeşin qadınlardan ibarət milli komandasının müdafiəçisi Nuhayla Benzina qrup mərhələsinin ilk turunda Almaniya yığması ilə görüşün iştirak ərizəsinə daxil edilib. İdmançı milli ilə isinmə hərəkətinə çıxsa da, qarşılaşmada meydana çıxmayıb.

Görüş 6:0 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb. H qrupunda komanda üç xalla birinci yeri tutur. Mərakeş dördüncü yerdədir. 

İyulun 20-də başlayan turnir avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.