İdman

"Qəbələ" Rusiya klubu ilə heç-heçə edib

15 İyul 2023 19:30
Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ikinci yoxlama oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi "Orenburq"la üz-üzə gəlib

Qarşılaşma 1:1 hesabı ilə bitib. "Qəbələ"nin heyətində Ülvi İsgəndərov fərqlənib.

Qeyd edək ki, "qırmızı-qaralar" ilk matçında Moldovanın "Sukleya" kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə gerçəkləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.