Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarışa çox az vaxt qalır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur 9-13 may 2012-ci il tarixlərində keçiriləcək. Velosiped turniri Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə bu idman növünün inkişafı istiqamətində atılan önəmli addımdır.
Azərbaycanda velosiped idmanının dirçəlişi
Velosiped İdmanı Federasiyası mövcud olsa da, son 20 ildə Federasiyanın fəaliyyətində bir durğunluq hökm sürürdü. Gənc velosipedçilərin bu idman növü ilə məşğul olması üçün lazımi şərait də yox dərəcəsində idi. Azərbaycan Velosiped İdmanı Federasiyasının idman işi üzrə direktoru Teo Mauxer bu barədə bildirib: "Ölkədə velosiped klublarının və məktəblərinin sayı azdır. Velosiped idmanına marağı artırmaq üçün müvafiq şərait yaradılmalıdır. Biz hazırda idman sahəsində güclü potensialı olan gənclər axtarırıq. Əgər onları düzgün istiqamətləndirə bilsək, əminəm ki, gələcəkdə Azərbaycan velosipedçiləri yaxşı nəticələr göstərəcəklər".
Veloturun önəmli rolu
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped turniri Azərbaycanda bu idmanın gələcək inkişafı baxımından olduqca önəmlidir. Ölkənin yolları və umumi infrastruktur inkişafa imkan verir. "Bu velotur və velosiped idmanının inkişafı ətraf mühitin və insanların sağlamlığının qorunmasına da xidmət edəcək. Bu turdan sonra Azərbaycanda bu qəbildən olan yarışların sayının artması gözlənilir ki, bu da Azərbaycan velosipedçilərinin potensialını artırmaq üçün əsas şərtdir", - Mauxer belə deyib.
Digər ölkələrin nünayəndələri uzun müddətdir ki, peşakar velosiped idmanı ilə məşğuldurlar, Azərbaycan idmançıları isə velosiped turnirinə yalnız son bir neçə ay ərzində hazırlaşıblar. Mauxerin fikrincə, onlardan yarışlarda ciddi nəticələr gözləmək hələ tezdir. "Potensialı olan gənc velosipedçiləri tapıb yetişdirməliyik. Bu tur Azərbaycanda velosiped idmanının təbliğində bizə kömək edəcək", - o əlavə edib.
Yarış haqqında
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ kontinental turudur. Yarışın təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir. Yarışın texniki cəhətdən təşkilini Almaniyanın "Freunde Eventlogistik" şirkəti həyata keçirir.
/Trend/
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Teo Mauxer: "Velotur Azərbaycanda velosiped idmanının inkişafına doğru atılan mühüm addımdır"
7 May 2012 18:13
0 Şərh
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qarabağ kətəsi ən dadlı necə hazırlanır?
-
Cennifer Lopezin yeni sevgilisi... - FOTO
-
Dünyanın ən dərin quyusunda QORXUNC SİRR - Niyə araşdırma dayandırıldı?
-
8 həftədə ürəyinizi qoruyun - Sadəcə bu meyvələri yeyin
-
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR
-
Keksə un əvəzinə nə qatmaq olar?
-
“Xəstə idinsə...” - Qayınananın gəlinlə sözləri qəzəb doğurdu - FOTO
-
Anar Məmmədxanov mənə “Moruq” deyirdi - “Bacanaqlar”ın “Qismət”i ilə MÜSAHİBƏ
-
23 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc
-
Oğlu efirə gəlib sürpriz etdi
-
Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA
-
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb - FOTO
-
"5-ci və 6-cı siniflər hazır olsa yaxşı olar" - Qatilin dəhşətli mesajları
-
Günün qoroskopu: Kosmik mənzərə bu gün dəyişkən və düşündürücüdür
-
Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş
-
“Yeni tanış olmuşduq, əyilib şalvarının balağını qatladım“ - FOTO
-
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
-
Kloppun "Real Madrid"dən ilk tələbi bəlli oldu
-
"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları
-
Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
-
Sabah qaz kəsiləcək - Bu ərazilərdə - YENİLƏNİB
-
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib - FOTO
-
"Kuruluş Orhan" və "A.B.İ" izləyicilərinə pis xəbər





