İdman

Mourinyo on oyunluq cəzalandırıldı

29 İyun 2023 16:13
Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatında on oyunluq cəzalanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssis "Monza" ilə matçın baş hakimi Daniele Kiffi haqda söylədiyi fikirlərə görə cəzalandırılıb. A Seriyasının 33-cü turu çərçivəsində keçirilən görüş 1:1 hesabı ilə başa çatıb, bundan sonra Roma təmsilçisi avrokubok zonasından kənarda qalıb. Oyundan sonra Mourinyo Kiffini indiyə qədər gördüyü ən pis hakim adlandırıb.

Qeyd olunur ki, məşqçi diskvalifikasiyadan əlavə 50 min avro cərimələnib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.