Erməniyə göz açmağa imkan verməyən Murad: "Əsas hədəfim..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şükürlər olsun ki, "Paris 2024" Yay Olimpiya Oyunlarına lisenziya qazandıq. Ən əsası isə erməni rəqibimi məğlub edərək, həm medalı təmin etdim, həm də lisenziya qazandım.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan boksçusu Murad Allahverdiyev III Avropa Oyunlarının dörddəbir final mərhələsində ermənistanlı Hambardzum Hakobyana qalib gəldiyi döyüşdən sonra deyib.
Rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn idmançı özü üçün ən azı bürünc medalı təmin edib. M.Allahverdiyev yarışda "dördlüy"ə yüksəldiyi üçün həm də "Paris 2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və hədəfi çempionluqdur: "Ən əsası bürünc medalım var. Ancaq bununla kifayətlənmək istəmirəm. Çempion olacağıma inanıram. Əsas hədəfim "Paris 2024"-ün qızıl medalını qazanmaqdır. Arenada məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Azarkeşlərin dəstəyi mənə güc verdi. Dəstək motivasiya oldu. Sonda qalib gəlib, azarkeşləri sevindirdim".
Murad Allahverdiyevin sözlərinə görə, yarımfinalda qarşılaşacağı Qabriyel Veoçiçlə (Xorvatiya) ilk dəfə üz-üzə gələcək: "Hər bir idmançıda həyəcan olur. Rəqibim də erməni olduğu üçün həyəcan çox idi və anlayırdım ki, mən məğlub olmamalıyam. Qorxu yox, uduzmamaq həyəcanı var idi. Qarşıda hələ iki döyüşüm var. Ümid edirəm ki, uğurla çıxış edib, onları məğlub edərək qızıl medala sahib olacağam. Rəqiblərim barədə məlumatlıyam. Yarımfinalda üz-üzə gələcəyim xorvatiyalı idmançı əvvəllər 86 kiloqram çəki dərəcəsində çıxış edib. İlk dəfə üz-üzə gələcəyik. Ümid edirəm ki, onu da məğlub edib finala adlayacağam".
Qeyd edək ki, boksçumuz yarımfinal döyüşünə iyunun 30-da çıxacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - (Video)
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)





