İdman

"Qarabağ"ın daha bir legioneri Rusiya yolunda

14 İyun 2023 07:12
Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Ural" klubu "Qarabağ"ın futbolçusu Marko Yankoviçi transfer etmək istəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, Yekaterinburq təmsilçisi monteneqrolu yarımmüdafiəçinin keçidi üçün "köhlən atlar"la danışıqlar aparır.

Qeyd edək ki, 28 yaşlı oyunçu Ağdam klubunda 2022-ci ilin yayından çıxış edir. O, "Qarabağ"ın heyətində 40 oyuna 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Son Azərbaycan çempionu daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borgesi Rusiya "Krasnodar"ına satıb.

"Ural" ötən mövsüm Premyer Liqasını 11-ci pillədə başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.