İdman

Bədii gimnastika yığmamızın üzvləri beynəlxalq turnirdə mükafat qazanıblar

12 İyun 2023 11:05
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bədii gimnastika üzrə yığmasının üzvləri Ləman Əhmədli və Fidan Ələddinova Latviyanın Kekava şəhərində keçirilən "Fairy Dust" beynəlxalq turnirində medal qazanıblar.

Milli.Az bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Azərbaycanlı idmançılar topla hərəkətlər üzrə ikinci və üçüncü yerləri tutublar.

Ləman Əhmədli gümüş medal, Fidan Ələddinova isə bürünc medal qazanıblar.

Yarışlar 9-11 iyun tarixlərində keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.