İdman

Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub

19 May 2023 23:39
Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, "Darmştadt" klubu II Bundesliqada sona bir tur qalmış elitaya vəsiqəni təmin edib.

Komanda buna XXXIII turda evdə "Maqdeburq"a 1:0 hesabı ilə qalib gələrək nail olub. Yeganə qolu 36-cı dəqiqədə Fillip Tits vurub.

Bu qələbə ilə xallarını 67-yə çatdıran Darmştadt təmsilçisinin ilk iki pillədən birini tutacağı dəqiqləşib.

Qeyd edək ki, bu, "Darmştadt"ın Bundesliqaya 4-cü qayıdışıdır. Komanda sonuncu dəfə 2014/2015 mövsümündə yüksək dəstəyə çıxıb. 2018-ci ildə isə elitanı tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.