İdman

Çempionlar Liqası: "Mançester Siti" - "Real" oyununda 4 qol vuruldu - VİDEO

18 May 2023 07:00
Baxış: 3 225

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində son oyun keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İngiltərənin "Mançester Siti" klubu öz meydanında İspaniyanın "Real" (Madrid) klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları B.Silva (23-cü və 37-ci dəqiqələr), E.Militao (76, avtoqol) və X.Alvarez (90+1) vurublar.

Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasının finalına yüksəlib. Finalın digər iştirakçısı isə İtaliyanın "İnter" klubudur.

Xatırladaq ki, cütlük arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics