İdman

Futbol üzrə Azərbaycan çempionu məlum oldu!

15 May 2010 19:11
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az xəbər portalının məlumatına görə, son turun əsas oyunlarından biri Lənkəranda keçirilib. Hamı "Bakı"nı qəbul edən "Xəzər Lənkəran"ın qalib gələrək çempion olacağını gözləyirdi. Lakin Lənkəran klubu öz meydanında 0:1 hesabı ilə məğlub olaraq çempionluğu əldən verdi. Əvəzində isə çempion adını "Qəbələ"ni öz meydanında böyük hesabla məğlub edən "İnter" qazandı.

"Qarabağ" da rəqib meydanında "Neftçi" ilə heç-heçə oynadı.

Milli.Az oyunlarda qeydə alınmış qol hesabını təqdim edir:

"Neftçi" - "Qarabağ" - 0 : 0

"İnter" -  "Qəbələ"  - 4 : 1

QOLLAR: Petar Zlatinov, 16 (p); Robertas Poşkus, 42; 47; 67 - Tomaş Stolpa, 90

"Xəzər-Lənkəran" - "Bakı" - 0 : 1

QOL: Aleksandr Şoliç, 27

Beləliklə, Bakının "İnter" klubu tarixində ikinci dəfə çempion adını qazandı. "Bakı" bu qələbə ilə gümüş, "Qarabağ" isə bürünc medala sahib çıxır. "Xəzər-Lənkəran" isə dördüncü yeri tutdu.

Anar
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.