Milli.Az xəbər portalının məlumatına görə, son turun əsas oyunlarından biri Lənkəranda keçirilib. Hamı "Bakı"nı qəbul edən "Xəzər Lənkəran"ın qalib gələrək çempion olacağını gözləyirdi. Lakin Lənkəran klubu öz meydanında 0:1 hesabı ilə məğlub olaraq çempionluğu əldən verdi. Əvəzində isə çempion adını "Qəbələ"ni öz meydanında böyük hesabla məğlub edən "İnter" qazandı.
"Qarabağ" da rəqib meydanında "Neftçi" ilə heç-heçə oynadı.
Milli.Az oyunlarda qeydə alınmış qol hesabını təqdim edir:
"Neftçi" - "Qarabağ" - 0 : 0
"İnter" - "Qəbələ" - 4 : 1
QOLLAR: Petar Zlatinov, 16 (p); Robertas Poşkus, 42; 47; 67 - Tomaş Stolpa, 90
"Xəzər-Lənkəran" - "Bakı" - 0 : 1
QOL: Aleksandr Şoliç, 27