İdman

Messinin üzr videosu yayıldı

5 May 2023 23:09
Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin futbolçusu Lionel Messi oyundan sonra PSJ düşərgəsini özbaşına tərk etdiyi üçün üzr istəyib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Messi bununla bağlı instaqram hesabının hekayə bölməsində paylaşım edib.

O, Səudiyyə Ərəbistanına getməsini öncədən planlaşdırdığı üçün bunu ləğv etməsinin mümkün olmadığını deyib:

"Mən həmişə olduğu kimi oyundan sonra bir gün istirahət edəcəyimizi düşündüm. Bu səfəri mən təşkil etmişdim və onu ləğv edə bilməzdim.

Əvvəllər bunu ləğv etmişdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə nə etmək istədiyini gözləyirəm".

Qeyd edək ki, Lionel Messi matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.