İdman

Messi “PSJ” ilə müqaviləni vaxtından əvvəl poza bilər

5 May 2023 08:19
Baxış: 1 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina millisinin kapitanı Lionel Messi yaxın günlərdə "PSJ" ilə müqaviləsini ləğv etməyə hazırlaşır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Transfer News Live" sosial şəbəkəsində "Le Parisien" nəşri məlumat yayıb.

Hücumçu on gün ərzində azad agent ola bilər və Fransa futbol çempionatının mövsümünün sonuna qədər oynamağına ehtiyac qalmaz. Bundan əvvəl klub Messini Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfər etdiyinə və məşqi buraxdığına görə iki həftə əsas komandadan uzaqlaşdırmaq barədə qərar qəbul edib.

Messi 2021-ci ilin avqustunda "PSJ"yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununda bitir.

Mətbuat dünya çempionunun "MLS" klublarından birinə və ya Səudiyyə Ərəbistanına keçə biləcəyi ilə bağlı xəbərlər yayıb.

Messinin karyerasını davam etdirmək üçün başqa bir seçimi "Barselona"ya qayıtmaqdır. Futbolçu 2003-2021-ci illərdə kataloniyalıların şərəfini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.