İdman

“Arsenal”ın təyyarəsi alovlandı: Uçuş təxirə salındı - FOTO

25 Aprel 2023 20:48
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın qadın komandasını Çempionlar Liqasında Almaniyanın "Volfsburq" klubuna qarşı matçdan sonra İngiltərəyə qaytarmalı olan təyyarədə yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hadisə təyyarə havaya qalxarkən yaşanıb. Bu zaman öncə "hava gəmisi"ndən böyük bir zərbə səsi gəlib. Daha sonra təyyarə alovlanıb.

Yanğın nəticəsində uçuş təxirə salınıb və bütün sərnişinlər təxliyə olunublar. Yanğında heç kim xəsarət almayıb.

Komanda Londona bazar ertəsi qayıda bilib.

Təyyarənin motoruna bir quşun daxil olması səbəbindən problemin yaranması qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.