Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. "Sumqayıt" öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Əvvəlcə "Sumqayıt" oyunda 2:0 hesabı ilə öndə olsa da, "Qəbələ" əzmkarlıq nümayiş etdirərək 3 qol vurub. Nəticədə əyalət təmsilçisi səfərdə 3:2 hesablı qələbə qazanıb.
"Qəbələ" 45 xalla turnir cədvəlində 4-cü, "Sumqayıt" isə 25 xalla 8-ci pillədə qərarlaşıb.
23 aprel (bazar)
18:00. "Sumqayıt"- "Qəbələ" - 2:3
Qollar: Vüsal İsgəndərli, 58 (1:0), Kərim Abubakar, 63 (2:0), Omar Hani, 74 (2:1), Emil Səfərov,77 (2:2), Ramon Maçado, 90+5 (2:3)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
"Kapital Bank Arena"
21 aprel (cümə)
"Qarabağ" - "Zirə" - 2:2
"Şamaxı" - "Kəpəz" - 1:1
22 aprel (şənbə)
"Səbail" - "Neftçi" - 1:1
"Turan Tovuz" - "Sabah" - 0:2
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 31 | 24 | 6 | 1 | 77-20 | 78 |
2 | Sabah | 31 | 22 | 5 | 4 | 67-23 | 71 |
3 | Neftçi | 31 | 18 | 7 | 6 | 56-28 | 61 |
4 | Qəbələ | 31 | 12 | 9 | 10 | 41-39 | 45 |
5 | Zirə | 31 | 11 | 9 | 11 | 37-42 | 42 |
6 | Turan Tovuz | 31 | 7 | 8 | 16 | 24-42 | 29 |
7 | Kəpəz | 31 | 6 | 11 | 14 | 31-53 | 29 |
8 | Sumqayıt | 31 | 6 | 7 | 18 | 22-59 | 25 |
9 | Şamaxı | 31 | 4 | 11 | 16 | 25-46 | 23 |
10 | Səbail | 31 | 5 | 7 | 19 | 24-52 | 22 |
Bombardirlər:
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 18 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 15 qol
Milli.Az