İdman

“Yuventus”un silinən xalları bərpa olundu

20 Aprel 2023 21:57
Baxış: 946
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyanın "Yuventus" klubunun silinən 15 xalı geri qaytarılıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, maliyyə fırıldağında ittiham olunan Turin təmsilçisinin cəzası müvəqqəti olaraq ləğv edilib.

İtaliya İdman İdarəsinin qərarından sonra xallarını 59-a çatdıran "qoca sinyora" 7-ci sıradan 3-cü pilləyə yüksəlib.
 
Müvəqqəti xarakter daşıyan qərar məhkəmə prosesləri davam etdiyi müddətdə qüvvədə qalacaq.
 
Xatırladaq ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında "Yuventus"un 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.