İdman

"Tottenhem" baş məşqçi seçimini etdi

18 Aprel 2023 08:54
Baxış: 1 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Tottenhem" yeni baş məşqçisini müəyyənləşdirib.

Milli.Az matc.az-a istinadən bildirir ki, İngiltərə klubu Luis Enrikeni bu posta təyin etmək niyyətindədi.

Martın sonunda Antonio Konteni istefaya göndərən londonlular italiyalı Kristian Stellini mövsümün sonuna müvəqqəti baş məşqçi təyin edib.
 
Luis Enrikenin "Çelsi"nin ilk təklifini qəbul etməməsi "Tottenhem" rəhbərliyini bu keçidə həvəsləndirib. Paytaxt təmsilçisi yaxın günlərdə ispaniyalı ilə rəsmi danışıqlara başlayacaq.
 
Qeyd edək ki, 52 yaşlı Luis Enrike son iş yeri olan İspaniya millisindən ötən ilin dekabrında ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.