İdman

Bakıda AGF Trophy turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

16 Aprel 2023 19:00
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin qalib və mükafatçılarının növbəti mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, böyüklər arasında gürz və lentlə hərəkətlərdə qalib və mükafatçılara medallar təqdim olunub.

Böyüklər arasında gürzlərlə hərəkətdə Zöhrə Ağamirova (Azərbaycan) birinci, Evelin Viktoriya Koçis (Macarıstan) ikinci, Veronika Sturmilova (Moldova) üçüncü yeri tutub.

Mükafatları Monteneqro Gimnastika Federasiyasının prezidenti Vesna Radoniç, Azərbaycan Gimnastika Federasiyasının (AGF) meneceri Şəfiqə Yolçuyeva, AGF-nin mətbuat katibi Aysel Sultanova təqdim ediblər.

Böyüklər arasında lentlə hərəkətdə qızıl medala Zöhrə Ağamirova (Azərbaycan), gümüş medala Alina Gözalova (Azərbaycan), bürünc medala Evelin Viktoriya Koçis (Macarıstan) layiq görülüb.

Mükafatları Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Qumru Məmmədova, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Valentina Ukleyina, AGF-nin meneceri Fərhad Əhmədbəyli təqdim ediblər.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilib. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.