İdman

Baş katib: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət var

15 Aprel 2023 19:11
Baxış: 1 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İrəvanda keçirilən yarışda bayrağımızın yandırılması nəticəsində başa düşdüm ki, cəmiyyətin özündə hələ də Azərbaycana qarşı nifrət var. Hərçənd ki, bu, idmanda beynəlxalq və dünya ağır atletika federasiyasına qarşı irqçilikdir, ayrıseçkilikdir".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Ələsgərov deyib.

Baş katib bildirib ki, bu cür hallar kütlənin idarəolunmaz vəziyyətindən xəbər verir:

"Biz bu yarışa ötən ildən hazırlaşırdıq. Həmin dövrdə bir neçə əlavə yarışlarda iştirak etmişdik. İdmançılarımız gənc olmaqlarına baxmayaraq yüksək nəticələr göstərirdilər. Avropa çempionatına hazırlaşmağımızın da əsas səbəbi təsnifat xallarının qazanılmasından ibarət idi. Komanda şəklində bu yarışa qatılmalı idik. Qarşılanma və digər məsələlər Ermənistanın müvafiq qrumları tərəfindən normal səviyyədə təşkil olunmuşdu, lakin ümumi yarışın açılış mərasimində müəyyən fəsadlar gördük. Belə başa düşdüm ki, hələ də cəmiyyətin özündə Azərbaycana qarşı nifrət var. Belə məqamlar gözlənilmirdi. Bayrağımızın yandırılmasından sonra belə qənaətə gəldik ki, biz bu yarışda iştirak etməyək".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.