İdman

Azərbaycanlı iş adamı Messinin evində qonaq oldu - FOTO

15 Aprel 2023 17:12
Baxış: 1 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SOCAR-ın yüksəkvəzifəli şəxsi Adnan Əhmədzadə PSJ və Argentina millisinin üzvü Lionel Messi ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ulduz futbolçunun evində qonaq olub.

A. Əhmədzadə bu barədə instaqram hesabında paylaşım edib.

Xatırladaq ki, bir müddət öncə Adnan Əhmədzadənin SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsindən göndərildiyi barədə xəbər yayılmışdı. Onun hazırda şirkətdə hansı yüksək vəzifəni tutduğu barədə isə ictimaiyyətdə məlumat yoxdur.

Qeyd edək ki, Lionel Messinin instaqram hesabında izlədiyi 291 nəfər arasında Adnan Əhmədzadə də var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.