İdman

Həbib yenidən idmana qayıdır

7 Aprel 2023 16:00
Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov idmana qayıtmağa eyham vurub.

Milli.Az lent.az-a istinadən bildirir ki, sosial şəbəkədə daha əvvəl karyerasını başa vurmuş rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü qaçış zolağında məşq etdiyi videonu yayıb.

"İyul ayına qədər hazır olmalıyam. MMA deyil", deyə Nurməhəmmədov videoya şərh yazıb.

Qeyd edək ki, Nurməhəmmədov bir müddət öncə idmandan uzaqlaşdığını açıqlayıb. O, MMA-da 29 döyüş keçirib və hər birində qalib gəlib. O, son döyüşünü 2020-ci ilin payızında amerikalı Justin Qeyzceni məğlub edərək keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.