İdman

Dünya çempionu Ermənistan bayrağı altında döyüşməkdən imtina edib

30 Mart 2023 22:54
Baxış: 1 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər arasında 2022-ci il dünya çempionatının qalibi olmuş idmançı mətbuat konfransında açıqlama verib.

O bildirib ki, dövlət orqanlarının biganəliyi səbəbindən bu addımı atıb: "Dünya və Avropa çempionatlarında qazandığım qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər".

İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib.

Boksçu, həmçinin, ötən ilin sonunda qələbələrə görə ona birdəfəlik 4,6 milyon dram ödədiyini açıqlayan idman nazirliyinin nümayəndələrini yalan danışmaqda ittiham edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.