"Qarabağ"ın futbolçusu Toral Bayramovun "Qalatasaray"a transfer olunması ilə bağlı xəbərlər yayılıb.
Milli.Az xəbər verir ki, Manset.az məsələ ilə bağlı "Qarabağ" Futbol Klubunun direktoru Emrah Çelikəl ilə əlaqə saxlayıb.
O, açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib:
"Biz klub prezidenti və ya hansısa menecerlə bu haqda danışıqlar aparmamışıq. Bununla bağlı bizə hər hansısa müraciət olmayıb.Yayılan məlumatlar doğru deyil. Bir çox mövzu müzakirə edilib. Onlardan biri də "Qarabağ"la "Qalatasaray"ın İstanbulda baş tutacaq oyunu ilə bağlı idi. Yaxın vaxtda oyunun tarixi ilə bağlı məlumatlar veriləcək. Qarşıda "Qalatasaray"la böyük işbirliyi gözlənilir".
Milli.Az