İdman

"Azarkeşlər Azərbaycanı məğlub etməyimizi gözləyirlər"

23 Mart 2023 21:15
Baxış: 1 176
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri  oyundan öncə fikirlərini bölüşüb.

Milli.Az matc.az-a istinadən bildirir ki, o, bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

"Qarşıda favoriti olduğumuz iki oyun var. Andorra ilə matç istisnadır. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb. Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq. Əminəm ki, bunu edə bilərik. Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik.
 
Kapitan David Alaba Azərbaycanla matçda iştirak etməyəcək. Bu görüşdə kapitanlıq sarğısını yarımmüdafiəçi Marsel Zabitser taxacaq. Qapı xəttində isə Haynts Lindner dayanacaq".
 
Xatırladaq ki, sabah Linzdəki "Rayffayzen Arena"da keçiriləcək Avstriya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.