İdman

Messi bunu 300-cü dəfə bacardı

12 Mart 2023 21:37
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Liqasının 27-ci turunda "Brest"lə keçirilən oyun PSJ-nin futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu 2:1 hesabı ilə qalib gəldikləri matçın 90+1-ci dəqiqəsində Kilian Mbappenin vurduğu qolun ötürməsini edib.

Bu, Messinin klub formasında etdiyi 300-cü qol ötürməsi olub.

Qeyd edək ki, Messi bu mövsüm Fransa Liqasında 22 görüşdə 13 qol vurub və eyni sayda qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.