Qarabağ"ın "Krasnodar" klubuna satdığı yarımmüdafiəçi Kadi Borges ötən gün Rusiya Premyer Liqasının 19-cu turunda "Dinamo" ilə matçda dubl edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, komandasına qələbə gətirən qolların müəllifi olub. Braziliyalı vinger qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.
Onun inamlı çıxışından sonra "Zenit"dən təklif aldığı bildirilir. Məlumata görə, Sankt-Peterburq təmsilçisi Kadi üçün 14 milyon avro transfer məbləği ödəməyə hazırdır.
Milli.Az