İdman

Bu dəfə gənc bədii gimnastlarımız fəxri kürsüdə - FOTO

6 Mart 2023 13:24
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlin ilk uğurunu ötən il Macarsıtanda keçirilən beynəlxalq turnirdə qazanan bədii gimnastlarımız bu ay daha bir nailiyyətə imza atıblar.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a bildirilib ki, bu dəfə gənc gimnastlarımız fərqləniblər. Martın 2-dən 6-dək Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir qrup hərəkətləri yığmamızın 3 gümüş medalı ilə yadda qalıb.

Yarışda ölkəmizi təmsil edən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənc gimnastlarımız çoxnövçülüklə yanaşı, 5 ip və 5 topla hərəkətlərin icrasında fəxri kürsünün ikinci pilləsində yer alıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.